Haqqımızda – TeamFirstAid
TeamFirstAid olaraq əsas məqsədimiz cəmiyyətimizdə ilk yardım biliklərinin artırılması, həyat qurtaran bacarıqların öyrədilməsi və təhlükəli vəziyyətlərə düzgün müdaxilə vərdişlərinin aşılanmasıdır.
Peşəkar tibb mütəxəssislərindən ibarət təlimçi heyətimiz ilə həm fərdi şəxslərə, həm də təşkilatlara sertifikatlı ilk yardım təlimləri təqdim edirik. Təlim proqramlarımız beynəlxalq standartlara uyğun şəkildə hazırlanmışdır və real vəziyyət simulyasiyaları, praktik məşğələlər və nəzəri bilikləri əhatə edir.
Niyə Biz?
🔹 Peşəkar və təcrübəli heyət
🔹 Beynəlxalq səviyyəli təlim proqramları
🔹 Rəsmi sertifikat və diplom
🔹 İşə qəbulda üstünlük qazandıran biliklər
🔹 Cəmiyyət üçün həyati önəm daşıyan bacarıqlar
Biz inanırıq ki, hər bir insanın həyat xilas etməyi bilməyə haqqı və ehtiyacı var. İlk yardım təkcə tibbi bilik deyil – bu, vicdanın, insanlığın və məsuliyyətin göstəricisidir.
Siz də bu zəncirə qoşulun – həyatlara toxunaq!
Hörmətlə
Dr. Həsənova Ülviyyə